Eks-kanslerin qəbrinə simvollar çəkildibackend

Eks-kanslerin qəbrinə simvollar çəkildi

Almaniyanın keçmiş kansleri Helmut Şmidtin dəfn olunduğu Hamburq qəbiristanlığında onun məzarı üzərinə svastikalar (faşist simvolları) çəkilib.

KONKRET.az xəbər verir ki, akt cümə axşamı, 2015-ci ildə vəfat edən Şmidtin 105 yaşını qeyd etməsindən bir gün əvvəl baş verib. Almaniya polisi hələ də Şmiditin qəbrində simvollar çəkən adamların izinə düşə bilməyib.

Xatırladaq ki, Şmidt 1974-1982-ci illərdə Almaniya kansleri vəzifəsində çalışıb. O, 1962-ci ildə şəhəri viran qoyan daşqınlar zamanı Hamburqun polis senatoru kimi ad çıxarmışdı. Şmidit İkinci Dünya Müharibəsi illərində Alman Ordusunda zenit-topçu zabiti kimi xidmət edib və Vermaxtın Leninqradın mühasirəsi zamanı xidmətlərinə görə Dəmir Xaç ordeni ilə təltif edilib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*