EKSKLÜZİV – Qaraçay-Çərkəz Respublikasının basçısı: “İlham Əliyev şəxsən mənə dedi ki…”backend

EKSKLÜZİV - Qaraçay-Çərkəz Respublikasının basçısı: “İlham Əliyev şəxsən mənə dedi ki...”

KONKRET.az eksklüziv olaraq Qaraçay-Çərkəz Respublikasının basçısı Rəşid Təmrəzovdan müsahibə alıb.

Respublikanın rəhbəri Azərbaycanla Rusiya subyektləri arasında iqtisadi, siyasi, mədəni və turizm sahəsində mövcud əlaqələrin inkişaf templərindən danışıb.

Müsahibənin bütün mətni və iki ölkə arasında münasibətlərlə bağlı film bu yaxınlarda oxucuların diqqətinə çatdırılacaq.

Bu gün isə Rəşid Təmrəzovla müsahibənin qısa hissəsini təqdim edirik:

Qeyd edək ki, Qaraçay-Çərkəz muxtar vilayəti 12 yanvar 1922-ci ildə təşkil edilib. Muxtar vilayət kimi 12 yanvar 1922-ci il – 26 aprel 1926-cı il və 9 yanvar 1957-ci il – 30 yanvar 1990-cı il tarixlərində mövcud olub. 30 noyabr 1990-cı il tarixindən 1991-ci il iyul tarixinədək Rusiya SFSR tərkibində Qaraçay-Çərkəz SSR adı ilə mövcud olub, 3 iyul 1991-ci il tarixindən bəri isə Rusiya FR tərkibində Qaraçay-Çərkəz Respublikası adı ilə mövcuddur.

Qanunvericilik orqanı Xalq Yığıncağı adlanır. Üzvlərinin sayı 73 nəfərdir. Xalq Yığıncağının üzvləri 4 ildən bir respublika əhalisinin 18 yaş və daha yuxarı qisminin ümumi, bərabər, birbaşa və gizli səsverməsi ilə seçilir.

Respublikanın ərazisi 14,277 км²-dir. Respublika ərazisinin 80%-i dağlıq ərazidir. Respublika su ehtiyatı ilə zəngindir. Belə ki, respublika ərazisində buz mənşəli 130 dağ gölü yerləşir və irili-xırdalı 172 çay axır. Çaylardan ən iriləri Kuban, Urup, Laba, Kİçik və Böyük Zelençuq çaylarıdır. Respublika ərazisinin 416,201 hektarı meşələrlə örtülüdür.

Sənan Həsənoğlu,

xüsusi olaraq KONKRET.az üçün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*