Ekspert həyəcan təbili çalır: “Dərhal dəyişiklik etmək lazımdır”backend

Ekspert həyəcan təbili çalır: "Dərhal dəyişiklik etmək lazımdır"

Azərbaycanda ali təhsil sistemi ciddi böhran içindədir və bu, artıq danılmaz bir həqiqətdir. Universitetlər və kolleclər kağız üzərində fəaliyyət göstərir, amma reallıqda tələbələrə nə müasir bilik, nə də praktik bacarıq qazandırır”.

KONKRET.az xəbər verir ki, bunu təhsil məsələləri üzrə ekspert Kamran Əsədov qeyd edib.

O qeyd edib ki, təhsil keyfiyyəti o qədər bərbaddır ki, tələbələr diplom alsalar da, əmək bazarının tələblərinə cavab verə bilmir, yalnız formal olaraq təhsil alırlar:

“Universitetlərin rəhbərliyinə təhsildən xəbərsiz, sadəcə 2-3 cümlə əzbərləmiş şəxsləri yığıblar və onlara ali təhsil üzərində səlahiyyət veriblər. Bu insanlar ali təhsilin nə olduğunu anlamadan, təhsilimizin səviyyəsini daha da aşağı çəkir, yalnız formal işlər görməklə kifayətlənirlər. Universitetlərdə tədris yalnız binadan, ad-san dan ibarətdir, tələbələrin inkişafı isə göz ardı edilir. Bu vəziyyət ölkənin gələcəyinə xəyanətdir. Azərbaycanın ali təhsilini yenidən canlandırmaq üçün bu düşüncəsiz idarəetməyə son verilməlidir! Orta məktəblər isə repetitor və hazırlıq kurslarının dəstəyi olmadan artıq ayaqda dura bilmir. Bu vəziyyət həm təhsil sistemimizin, həm də gənclərimizin gələcəyinə ciddi təhlükədir. Bu qədər ölü nöqtədə olan bir ali təhsil sisteminin köklü islahatlara ehtiyacı var, lakin problemləri dilə gətirməkdən qorxanlar bu gerçəyi ört-basdır etməyə çalışır. Azərbaycanın gələcəyi üçün ali təhsil sistemində dərhal dəyişikliklər edilməlidir”.

Məlik,

KONKRET.az

  • Şəfa
    Noyabr 6, 2024 - 00:11

    Her sahe berbad gundedi 1994 cu ilde evimize top mermisi dusdu ayagimin 1 ni yox eledi 1 camadan senedlerim ola ola menim penisiyami kesirler 8 defe canli komisiyada olmusam vay bu ayag ne gundedi deyib yola salirlar 10 gun sonra imtina verir bele cixirki bu senedleri yazan hekimler qanmirlar birce bu komisiyada oturan savadsizlar qanirlar hele anadangelme 1 ayagimdada anadangelme oma cixigi var

  • Bakidan
    Noyabr 6, 2024 - 05:57

    Ekspert
    Tehsil ele mektebden 0-di…Ali mekteb yene pulludur …budce dolur…muellimler firlanir, nazirlik quya iwleyir,…budceden muellimlere emek haqqi verilir ve sayira …

    • Seymur
      Noyabr 6, 2024 - 11:32

      Ekspertin fikirləri ilə tamamilə razıyam.

  • Loğman
    Noyabr 6, 2024 - 13:43

    Cəmiyyət saat mexanizmi kimidir, detalın biri xətalıdırsa, o saat düz işləməyəcək. Yəni saatın bütün detalları normal olmalıdır. Cəmiyyətdə də tək bir sahənin, misalımızda təhzil sisteminin düz işləməsi heç nəyi dəyişməz, Bütün sahələrdəki, təhsil, səhiyyə, vergi, inzibati idarəetmə, güc strukturları və s. sahələrdəki nöqsanlar eyni vaxtda yaxşı işləməlidir ki, cəmiyyət də yaxşı yaşasın. Bir sözlə, cəmiyyətimizə kompleks müalicə lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*