“Rusiyadakı hərbi obyektlərə pilotsuz təyyarələrin hücumlarının artması, eləcə də Moskvada partlayışlar Rusiyanın siyasi “elitasının” qəzəzbinə səbəb olub”.
KONKRET.az xəbər verir ki, bu fikri rusiyalı hüquq müdafiəçisi Mark Feyqin “Obozrevatel” nəşrinə müsahibəsində bildirib.
O deyib ki, hələ də hadisələri uzaqdan izləyən adi ruslardan fərqli olaraq, oliqarxlar başa düşürlər ki, hərbi obyektlərlə yanaşı, həm də Ukrayna hücumlarının hədəfindədirlər.
“Adi insanlar bunu hiss etmir, hər şeydən uzaqdır. Rusiyanın paytaxtına və ya digər şəhərlərinə edilən zərbələr adi ruslar üçün Krım körpüsünə zərbələrdən daha az həssasdır. Amma dron Rublyovkaya və ya Moskva şəhərinə uçanda elitalar bunu özlərində sınayırlar. Çünki gec-tez sahib olduqlarını itirə bilərlər”, – deyə ekspert əlavə edib.
Hüquq müdafiəçisi bildirib ki, indiki vəziyyətdə Rusiyadakı “elitalar” Ukraynaya qarşı müharibəni ən azı rusiyapərəst namizədin qalib gələ biləcəyi ABŞ prezident seçkilərinə qədər uzatmaqda maraqlıdırlar.
“Yəqin ki, bu, bir az səbirli olmaq, bir az gözləmək lazım olduğuna və Qərbin zəifləyəcəyinə ümid yaranır”, – deyə mark Feyqin fikrini yekunlaşdırıb.
Burhan,
KONKRET.az