Bakıda tikilən hündürmərtəbəli binaların bəzisində zirzəmidəki beton sütunların kəsilməsi insanlar tərəfindən narazılıqla qarşılanıb. Bu hadisə həm də tikintidə təhlükəsizlik qaydaları ilə bağlı məsələni gündəmə gətirib. Bir çox insanlar zirzəmidəki beton arakəsmələrin sökülməsi nəticəsində binanın özülünün zəifləyəcəyini dilə gətiriblər. nin binanın özülünü sarsıdacağını əsas gətirərə Odur ki, belə hallar baş verən binalarda daşıyıcı sütunların yoxlanılmalı olduğunu bildiriblər. Bəs görəsən, zirzəmidəki arakəsmələrin sökülməsi binanın özülünə necə təsir göstərir? Bu arakəsmələrin sökülməsi düzgündürmü?
Mövzunu KONKRET.az-a şərh edən Təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev bildirib ki, binanın zirzəmi hissəsində və ya mərtəbələrində olan beton aralarının söküntüsünün yalnız icazə əsasında həyata keçirilməsi mümkündür:
“Bəzən arakəsmələrdə və tavan örtüyündə yerləşən beton pilitələrə perpendikulyar baxan örtükləri sökmək olar. Qaydalara əsasən betonun hazırlanması, daşınması, tökülməsi və hətta saxlanması nəzərə alınmalıdır. Hətta betonun dayanıqlığının yüksəldilməsi üçün əlavə qatqılar da vurulmalıdır. Üstəlik, betonun hazırlanma, saxlanılma və vurulma qaydasında hava şəraitinə diqqət yetirilməlidir. Daha sonra isə 7-21 gün ərzində betonun keyfiyyətinə nəzarət sistemi təzyiq alında sındırılma prosesləri ilə yoxlanılmalıdır”.
Ekspertin sözlərinə görə, əgər binanın özül hissəsində və ya mərtəbələr arasında betonu saxlayan divarlara köməkçi fartuq verilibsə və bu, zirzəmi hissəsindədirsə, deməli mexanizm binanın dayanıqlığını yüksəltmək üçün məqsədyönlü şəkildə nəzərdə tutulub:
“Bu mexanizm otaqlar arasında məsafə yaratmaq üçün yox, məhz zirzəmi hissədə dayanıqlığa görə yerləşdirilib. Binanın alt hissəsi, yəni zirzəmi olduğu üçün sözügedən mexanizmin dayanıqlığı artırmaq məqsədilə həyata keçirildiyinə şübhə olmamalıdır. Odur ki, həmin örtük və bundan öncə sökülən örtüklər mütləq şəkildə yerinə qaytaılmalıdır. Çünki hansısa bir süxur arasında yerdəyişmə olarsa və ya zəlzələ baş verərsə, bu zaman həmin mexanizmlə uçqun və dağıntənın qarşısını almaq mümkün ola bilər”.
Müşviq Tofiqoğlu,
KONKRET.az