“Əl-Nasr”ın baş məşqçisi: “Ronaldo Messidən üstündür”backend

“Əl-Nasr”ın baş məşqçisi: "Ronaldo Messidən üstündür"

“Əl-Nəssr”in yeni baş məşqçisi Stefano Pioli Səudiyyə Ərəbistanı klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messidən üstün olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Pioli müqayisəni belə əsaslandırıb: “Məncə, Ronaldo Messidən üstündür, çünki o, keçirdiyi matçların sayından daha çox qol vurub”.

Maraqlıdır ki, 2022-ci ilin dekabrında italiyalı mütəxəssis futbol tarixində cəmi üç ən böyük oyunçunun olduğunu bildirmişdi: Pele, Maradona və Messi, lakin onların hər biri öz dövrünü təmsil edir.

Pioli 2024-cü ilin sentyabrında “Əl-Nəssr”ə baş məşqçi təyin edilib. Əvvəllər o, beş mövsüm “Milan”da işləyib.//Idman.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*