“El Pais”: Ağdam-xəyallar şəhəribackend

"El Pais": Ağdam-xəyallar şəhəri

44 günlük müharibədən sonra azad edilmiş bölgələr yenidən Azərbaycan ordusunun nəzarətinə keçdi. Lakin, Azərbaycan sahib çıxdığı ərazilər boş xarabazarlıqdan başqa bir şey deyil. Davamlı şəkildə Ağdamın işğaldan azad edilməsindən sonra çəkilmiş video görüntülər tez-tez televiziyalarda və sosial şəbəkələrdə nümayiş etdirilir. Bu görüntülərə baxdıqca 1993-cü ilə qədər burada 40 min sakinin yaşadığına inanmaq çətin gəlir”.

KONKRET.az xəbər verir ki, bu sətirlər İspanıyanın populyar nəşri “El Pais”in səhifələrindən götürülüb. Nəşr daha sonra yazır: “Evləri dağıdıldı və Ağdam “xəyallar şəhəri” oldu. Hazırda bölgənin minalardan təmizlənməsi işləri davam etdirilir”. Qəzet işğaldan azad edilmiş Füzuli haqqında da məlumat verir: “Füzuli şəhərinə gedən yol boyunca Ermənistanın silahlı qüvvələrinə məxsus məhv edilmiş tankları və digər silahları görmək olar. Burdada bütün binalar, infrastrukturlar, hətta qəbir daşları dağıdılıb”.

Bundan əlavə, məqalədə 17 oktyabrda Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu barədə məlumat yer alıb. Bombardman nəticəsində onlarla evin dağıldığı və 100-dən artıq insanın həlak olduğu ürək ağrısı ilə yazıda təsvir edilib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*