“Dostlar, 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək qərarına gəlib, namizədliyimi 18 saylı Nərimanov-Nizami seçki dairəsindən irəli sürdüm”.
KONKRET.AZ xəbər verir ki, bunu eks-prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oktay Qasımov öz feysbuk sosial şəbəkə hesabında yazıb.
O.Qasımov bildirib ki, lazımi sənədlər Dairə Seçki Komissiyasına təqdim edilib: “5 gün sonra imza vərəqlərini götürməliyik. Qarşıda bizi çətin və gərgin bir yarış gözləyir. Bu yarışda uğur qazanmaq üçün Azərbaycan sevdalı bütün dostları seçki kampaniyasında yanımda olaraq real fəaliyyətlə dəstək verməyə çağırıram. İnanıram ki, imkanlarımız düzgün səfərbər edilərsə, uğur qazana bilərik. Bu gərgin yarışda Tanrı yardımçımız olsun!”.