Eldəniz Əzizli Azərbaycana dünya çempionatında ilk medalı qazandırıbbackend

Eldəniz Əzizli Azərbaycana dünya çempionatında ilk medalı qazandırıb

KONKRET.az xəbər verir ki, ötən ilin dünya və Avropa çempionu Eldəniz Əzizli (55 kq) bürünc medal uğrunda görüşdə amerikalı Maks Nuri ilə qarşılaşıb. Eldəniz rəqibinə 8:0 hesabı ilə qalib gəlib. Bu bürünc medalla Eldəniz Əzizli Tokio Olimpiadasına vəsiqə qazanıb.

Bu gün qeyri-Olimpiya çəkisində Rafiq Hüseynov (82 kq) da final görüşünə çıxacaq.

Qeyd edək ki, bu gün dünya çempionumuz Rəsul Çunayev (67 kq) də mübarizəyə qoşulub. Lakin tanınmış idmançımız macar rəqibinə 8:0 qalib gəlsə də, cənubi koreyalı güləşçiyə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*