Elektrik avtobuslarının problemi nədir?backend

Elektrik avtobuslarının problemi nədir?

Paytaxtımızın ekoloji təmiz avtobusları deyəsən çox da təmiz işləmir. Ya enerjisi bitir, ya da yeni olsa da, texniki problemi yaranır, ya da içəridə isitmə sistemi qoşulmur.

KONKRET.az xəbər verir ki, bunu hər gün elektrik mühərrikli avtobuslardan istifadə edən sərnişinlər deyirlər.

Görünən odur ki, ya şəhərin mühiti yeni texnikalara hazır deyil, ya da bu avtobusları idarə etməyi bacarmırlar.

Elektrikli avtobusların sürücüləri problemlərin yaranmasını normal hal hesab edirlər. Onların sözlərinə görə, benzinlə, dizellə işləyən avtobuslarda olduğu kimi bu cür avtobuslarda da texniki nasazlıq ola bilər.

Sərnişinlər isə tək avtobusun xarab olmasından deyil, həmçinin avtobusdakı kondisanerin işləməməsindən şikayət edirlər. Vətəndaşların şikayətinə cavab olaraq daşıyıcı şirkət tərəfindən bildirildi ki, məsələ avtobusda yox, onu işlədə bilməyən sürücülərlə bağlıdır. Həmin sürücülər də davamlı təlimlərə cəlb olunur. /milliaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*