“Bir gün eşitdim ki, filankəs maşın alıb, ev təmir etdirib. Elgiz Əkbərə dedim ki, bunlar harada çalışır? Cavab verdi ki, Ərəb Əmirliyində gedib dilənib gəlirlər”.
KONKRET.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Sərxan Kərəmoğlu “Tarixin bir günü” verilişində deyib. Sərxan aparıcı Elgiz Əkbərlə bir vaxtlar qurduqları plandan danışıb:
“Dedim ki, öyrən gedək. Elgiz bir neçə gün sonra öyrəndi ki, filan ərəb ölkəsindədir. Dilənirsən, amma yaxşı geyimdə olursan. Kağıza yazırsan ki, hava limanında qalmışam, camaat 20-30 dollar verir. O vaxt Elgiz televiziyada deyildi. Həqiqətən biz də gedib orada dilənçilik etmək düşünürdük”.