Əli Əsədov qərar imzaladıbackend

Əli Əsədov qərar imzaladı

Nazirlər Kabineti Paris Sazişi çərçivəsində istilik effekti yaradan qazların emissiyalarının azaldılması üzrə milli hədəfin və bu hədəfi ehtiva edən “Yenilənmiş, 3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” sənədinin təsdiq edilməsi haqqında qərar qəbul edib.

KONKRET.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, 1990-cı baza ili ilə müqayisədə 2035-ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 40 % azaldılmasını nəzərdə tutan milli hədəf və bu hədəfi ehtiva edən “Yenilənmiş, 3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” (NDC 3.0) sənədi təsdiq edilib.

Qərarla təsdiq edilmiş milli hədəfə nail olunmasının maliyyə resurslarının artırılması – əlavə beynəlxalq maliyyə dəstəyi (güzəştli kreditlər, özəl sektor investisiyası və s.), texnologiyanın mövcudluğu, texnologiyanın ötürülməsi, texnologiyanın inkişaf səviyyəsi, potensialın artırılması dəstəyinin əldə olunması, meşələrin və digər ekosistemlərin absorbsiyası şərtilə mümkünlüyü nəzərə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi NDC 3.0 sənədini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təqdim etməli,

İqtisadiyyat Nazirliyi Qərarla təsdiq edilmiş milli hədəfə nail olunması məqsədilə energetika, neft-qaz, nəqliyyat, tullantıların idarə olunması, kənd təsərrüfatı, sənaye sektorları, həmçinin yaşayış və qeyriyaşayış sahələri üzrə dekarbonizasiya tədbirlərinin dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar və digər sənədlərdə inteqrasiyasını aidiyyəti qurumlarla əlaqələndirməklə təmin etməli,

Energetika Nazirliyi enerji sektorunda, o cümlədən neft və qaz sənayesində istixana qazları emissiyalarının azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsini təmin etsin, bu sahədə bərpa olunan enerji mənbələrinin payının artırılması, enerji səmərəliliyinin yüksəldilməsi və karbon tutumlu texnologiyaların mərhələli şəkildə azaldılması ilə bağlı tədbirləri həyata keçirməli,

Maliyyə Nazirliyi isə NDC 3.0 sənədi ilə müəyyən edilmiş milli hədəfə nail olunması məqsədilə nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün müvafiq tədbirlər görməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*