Əli Həsənov Ramiz Mehdiyevlə ölkəmiz üçün böyük problemlər yaradıb – Araşdırma aparılmalıdırbackend

Əli Həsənov Ramiz Mehdiyevlə ölkəmiz üçün böyük problemlər yaradıb - Araşdırma aparılmalıdır

Prezidentin keçmiş köməkçisi Əli Həsənov FETÖ ilə işbirliyində ittiham edilir. Bu barədə Türkiyə mediasında iddialar yer alıb. Bildirilir ki, Əli Həsənov vəzifədə olarkən özünü Türkiyə ilə sıx münasibətlərin tərəfdarı kimi göstərsə də, FETÖ ilə əlaqələri olan və xarici güclərə xidmət edən bir şəxs olub.

Mövzunu deputat Fəzail Ağamalı ilə davam etdirdik. O, KONKRET.az-a açıqlamasında kütləvi informasiya vasitələrində bununla bağlı müxtəlif məlumatların getdiyini bildirdi:

“Bütün bunlar haqda araşdırmalar və istintaq yekunlaşdıqdan sonra ciddi bir fikir söyləmək olar. Ancaq görünən odur ki, Əli Həsənov Ramiz Mehdiyevlə ölkəmiz üçün böyük problemlər yaradıb. Ona görə də bu gün KİV-də geniş müzakirə predmetinə çevriliblər. Zənnimcə, hüquq mühafizə orqanları araşdırma aparmalıdır. Yəqin ki, buna çoxdan başlanılıb”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*