“Əli Həsənova qardaş kimi dediklərimi indi mətbuat yazır” — Mübariz Əhmədoğlubackend

"Əli Həsənova qardaş kimi dediklərimi indi mətbuat yazır" — Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu rəhbəri olduğu təşkilatın Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənov tərəfindən vaxtı ikən maliyyələşdirilməsi ilə bağlı yayılan söz-söhbətə münasibət bildirib.  

Mübariz Əhmədoğlu “MediaPost”a açıqlamasında son 5 ildə Ə.Həsənovla münasibətlərinin gərgin olğunu açıqlayıb:

“Son 5 ili çıxmaqla bizim Əli ilə çox gözəl münasibətimiz olub. Bu gün mətbuatda Əli Həsənov haqqında yazılanları mən ona dost, qardaş kimi demişəm. Vaxtı ikən deyirdim “Əli, filan işi eləmə, Əli, mətbuatda filan yer azaldı, oranı artır, Əli, filan jurnalistin filan problemi var, bunu həll elə”. Amma görürdüm, elə özü üçün işləyir. Aramız-zadımız yox idi. Konkret ad çəkməyəcəyəm, amma mənim maliyyə mənbəyim şöbə müdirindən qat-qat yuxarı yerdən idi. Demək olar ki, onun vəzifədən getməsinin, mənə elə bir təsiri olmayıb”.

Politoloq əvvəlki illərdən fərqli olaraq mediada az-az görünməsinin, mətbuat konfransları keçirməməsinin səbəbini də açıqlayıb: “Bunun maliyyə ilə bağlılığı yoxdur. Bu gün göstəriş versələr, hər şey öz qaydasında olacaq. Mətbuat konfranslarını koronavirusa görə keçirə bilmirəm. Pandemiya bitsin, adamlar bir yerə yığışsın. Allah qoysa, mətbuat konfranslarımız bərpa olunacaq”.

M.Əhmədoğlu Azərbaycan məktəblərində erməni dilinin tədris olunması ilə bağlı layihəsindən də söz açıb: “Qafqaz İnstitutu mənim təşəbbüsüm idi. Allah qoysa, o da, erməni dili layihəm də reallaşacaq”.

 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*