Əli Məsimli: “Azərbaycanın təhlükəsizlik yastığı yetərincə qalındır, devalvasiyadan yayınmaq mümkündür”backend

Əli Məsimli: "Azərbaycanın təhlükəsizlik yastığı yetərincə qalındır, devalvasiyadan yayınmaq mümkündür"

Məlumdur ki, 2014-cü ildə dünya bazarında neftin qiyməti kəskin surətdə aşağı düşdükdən sonra Azərbaycanda 21 fevral 2015-ci ildə birinci şok devalvasiya baş verdi. Mərkəzi Bank manatın 1 dollara görə nominal dəyərini 0.78 AZN-dən dəyişdirib 1.05 AZN təyin etdi. Bu əsasda 34 faizə yaxın 1-ci devalvasiya baş verdi. 21 dekabr 2015-ci ildə isə 2-ci devalvasiyadan sonra 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,55 manat səviyyəsində qərarlaşdı və 48 faizə yaxın devalvasiya oldu. Bu iki şok devalvasiya nəticəsində ABŞ dollarına nisbətdə manat 2 dəfəyə yaxın ucuzlaşdı. Sonrakı proseslərdə manatın dollara nisbətdə məzənnəsi müəyyən vaxt kəsiklərində 1,92-1.93 AZN-ə çatsa da, 2017-ci ildən səngimə mərhələsi başladı. 2015-ci ilin dekabrında üzən məzənnəyə keçid elan olunsa da, sonradan bu məsələ Strateji Yol Xəritəsinə də salındısa da, faktiki olaraq bu günə qədər nail olunmadı. Buna cəhd edilsəydi, böyük ehtimalla manat tam olmasa da 1 dollar/ 1.50-1.90 AZN intervalında “üzməyi” öyrənə bilərdi….Bununla belə sonrakı proselərdə manatin dollara nisbətdə məzənnəsi bir qədər möhkəmləndi və artıq üçüncü ildir ki, indiyədək 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.70 AZN ətrafındadır.

Bu fikirləri deputat Əli Məsimli KONKRET.az-a bildirib.

Onun sözlərinə görə, Azərbaycanda 2015-ci ildə iki şok devalvasiyanın olmasının əsas səbəbi həmin dövrədə iqtisadiyyatımızda, maliyyə sektorunda, xarici iqtisadi əlaqələrdə yığılıb qalmış və bir-birinə çulğalaşmış problemlər, subyektiv, oliqarxiq, spilkulyatıv və sair amillər oldusa, əsas katalizator rolunu isə həmin ərəfədə dünya bazarında neftin qiymətinin kəskin surətdə aşağı düşüb tədiyyə balansımızda mənfi saldonin yaranması oynadı və bir də bizim daha çox ticarət etdiyimiz ölkələrdə milli valyutanaların dəyər itirməsi nəticəsində Azərbaycan manatına əlavə təzyiqlər oldu:

“Həmin vaxtdan etibarən dünya bazarında neftin qiyməti aşağı düşən dövrlərlərdə manatın devalvasiyası mövzusu da aktuallaşmağa başlayır….Manatın devalvasiyası mövzusu ətrafında bir-biri ilə daban-dabana ziddiyyət təşkil edən iki mövqe sərgilənir: Bir sıra ekspertlər hesab edir ki,manatın devalvasiyası qaçılmazdır. Mərkəzi Bankdan isə bildirilir ki, manatın devalvasiyası üçün heç bir fundamental əsas yoxdur. Amma həmin ifadə 2015-ci ilin şok devalvasiyasına qədər də deyilib, nəticə isə bir neçə gündən sonra -2015-ci ilin 21 fevralında tam əksinə-24 faizlik, ardınca isə 48 faizlik devalvasiya olduğundan, yetərincə təsir gücünə malik deyil…”.

Deputat qeyd edir ki, 2020-ci il dünya iqtisdiyytaı,eləcə də dünya neft bazarları üçün tarixdə ən fəlakətli illərdən biridir:

“Ona görə də bu il neftin qiyməti 2014-cü ildəkindən də kəskin surətdə aşağı düşəndə devalvasiya mövzusu yenə də aktuallaşdı. Neftin qiymətinin bu dəfə kəskin surətdə aşağı düşməsi enerji bazarındakı qiymət savaşlarının nəticəsi olmaqdan əlavə, həm də daha çox, koronavirus pandemiyası və onun ətrafında gedən proselərin yaratdığı fəsadlarla bağlıdır.Onun yaratdığı fəsadlar gücləndikcə və problemlər dərinləşdikcə,dünya iqtisadiyyatında tənəzzül meylləri,kataklizmlər də artırır.İqtisadi artım templəri dünya iqtisadiyytınad və bir sıra ölkələrdə 5-6 faizlik enmə ilə əvəz olunub.Bu da neftə olan tələbatı azaldır. Bu ilin birinci yarısında dünya bazarında neftin bir barrelinin orta aylıq qiyməti 40 dolların altinda olub. Azərbaycanın rəsmi proqnozlarında isə 2020-ci il üçün bütün göstərilərimiz neftin qiymətinin 55 dollar götürməklə hesablanıb. Bir sıra proqnozlara görə, bu ilin ikinci yarısandan birbaşa olmasa da, üçüncü rübündən neftə tələbat tədricən artacaq,amma son nəticədə neftin qiymətinin indiki səviyyədə neçə müddət qalacağını və nə qədər artıb-azalacağını proqnozlaşdırmaq xeyli çətinləşib…Amma bir şey məlumdur ki, bu il neftin qiyməti əvvəlki səviyyəyə qalxmayacaq…”.

Əli Məsimlinin fikrincə, Azərbaycan neft gəlirlərindən, məqbul hesab oluna biləcək həddlərdən daha çox asılı ölkə olduğundan, dünya bazarında neftin qiymətinin ucuzlaşması birbaşa və onun multiplikatıiv effektindən doğan dolayısı ilə gəlirlərin də azalmasına səbəb olacaq:

“Əgər bu ilin birinci yarında formalaşan 40 dollar ətrafındakı qiymət- ilin sonunadək orta statistik qiymət kimi özünü göstərərsə, onda təkcə Dövlət Neft Fondunun bu il üçün proqnozlaşdırdığı gəliri 7,3 milyard dolardan təqribən 5,6 milyard dollara enməklə 1,7 milyard dollar azala bilər. Bu proses digər sahələrə də təsirsiz ötüşməyəcək”.

Milli Məclisin üzvü vurğulayır ki, neft gəlirlərimizdəki gözlənilən belə bir azalmanın birbaşa manatın məzənnəsinə ciddi təsiri olmayacaq:

“Bununla belə tədiyyə balansında mənfiyə doğru meyllər güclənəcək. Xarici ticart balansında müsbət saldonun kəmiyyəti azalacaq. Amma neftin qiymətinin tədiyyə balansına mənfi təsirinin və onun vasitəsilə də manata təzyiqin güclənməsi dərəcəsi, hər şeydən əvvəl, neftin qiymətinin hansı müddətdə aşağı səviyyədə qalmasından asılıdır. Məslən, bu ilin ikinci rübündən neftin qiymətində kəskin enmələr özünü göstərdi,amma qısamüddətli oldu. Əgər qiymətlər aşağı səviyyədə qısamüddətli olarsa, bu ölkəyə valyuta daxilolmalarının azalmasında özünü göstərə bilər, amma devalvasiyaya səbəb ola bilməz. Çünki Azərbaycanın yetrncə valyuta ehtiyatı var və həmin valyuta ehtiyatlarının cüzi bir hissəsi problemin aradan qaldırılmasına imkan verə bilər.Ancaq neftin qiyməti yenidən 30 dollara enərsə və bu ilin ikinci yarısında uzun müddət,deyək ki, ilin sonuna qədər həmin aşağı səviyyədə qalarsa,bu, daha ciddi nəticələrə gətirər və devalvasiya mövzusunu aktual edər. Ona görə ki, neftin qiymətinin yenidən 30 dollara enərsə, neft gəlirlərinin azalması ilə yanaşı valyuta ehtiyatlarının azalması prosesi baş verər. Əgər nəzərə alsaq ki, Neft Bumu illərində neft gəlirlərimiz 20 milyard dollar və onun üstündə idisə, indi 3 dəfə aşağı rəqəmlərlə ifadə olunur və yenə də azalmağa meyl götürüb. Valyuta ehtiyatlarının kəskin azalması isə son nəticədə tədiyyə balansında indikindən daha ciddi problemlər yaradar. Bu isə manatın məzənnəsinin indiki səviyyədə qorunub saxlanılmasına ciddi təsir göstərər və beləliklə bir müddət sonra devalvasiya qaçılmaz olar. Yəni devalvasiyaya səbəb olan amillər çox olsa da, bütün hallarda ona aparan yol neftin qiymətlərinin hansı dövrdə və neçə müddət aşağı səviyyədə olmasından,yəni həmin müddətin uzunluq dərəcəsindən asılıdır. Xarici şəraitin kəskin dəyişməsi, yeni makroiqtsadi şəraitin formalaşması,neftin qiymətin 30 dollardan aşağı düşməsi və uzun müddən bu cür aşağı səviyyəd qalması, valyuta ehtiyatlarının əsaslı surətdə itirilməsi mənfi yüklü prosesləri sürətləndirib devalvasiyaya gətirib çıxara bilər.

Amma bu da hələ devalvasiyanın tam qaçılmaz olacağı demək deyil. Çünki bizdə 2015-ci ili devalvasiyasının acı nəticələrinin dərslər var. 2015-ci ilin şok devalvasiyaları ərəfəsində Mərkəzi Bank devalvasiyanın Azərbaycan iqtisadiyytaına dağıdıcı təsiri olacağını və əhalinin güzəranna çox mənfi təsir göstərcəyini desə də,devalvasiyadan sonra tamamilə fərqli fikirlər irəli sürüldü ki, devalvasiya Azərbaycanda makroiqtisadi şəraitə,qeyri-neft ekspotrumuzun artmasına müsbət təsir göstərəcək və sair. Amma bunların heç biri baş vermədi…. Ölkə iqtisadiyytı,maliyyə sektoru,sosial sfera bir sıra məqamlarına görə hələ də 2015-ci ilin iki şok devalvasiyasından tam özünə gələ bilməyib… Təkcə onu qeyd etmək yetərliidr ki, rəsmi dairələrinin devalvasiyadan sonra qeyri-neft sektorunu eksporutunun əsaslı surətdə artacağı barədə dediklərinə rəğmən bu sahənin ixrac göstəricisi yalnız 2019-cu ildə 2014-cü ilin səviyyəsinə çatıb və ondan bir qədər çox olub. Qeyri-neft sektorununeksportunu artmaqdan ötrü sadə bir problemi həll etmək lazım:eksporta gedə bilən mal istehsal olunmalııdr ki,eksport arta bilsin”.

Deputat bildirir ki, nəzəriyyəyə görə, devalvasiya ölkədə daxili istehsal üçün əlavə imkanlar yaradır:

“Ölkəyə idxal olunun malların qiyməti bahalaşdığından, əlverişli sayılmır,ölkədən ixrac edilən malların qiyməti isə ucuzlaşdığından eksport daha qazanclı olur. Beləliklə, devalvasiya ölkənin makroiqtisadi göstəricilərinədə müsbət təsir edə bilir.Amma 2015-ci ildə olduğu kimi, yenə də indi də devalvasiyaya gedilsə, onun həmişə qabardıldığı kimi, makroiqtisadi proselərə, eləcə də qeyri-neft sektorunun ixracının nəzərçarpan dərəcədə artmasına elə bir müsbət təsiri olmayacaq. Ona görə ki,istehsal oluna yerli məhsullarda xarici kompanentin payı böyük olduğundan, təkcə xaricdən gətirilən yox,yerli məhsulların da xeyli hissəsinin qiymətləri də artacaq. Qeyri-neft sektorunun ixracını nəzərəçarpan dərəcədə artırmaqdan ötrü isə müvafiq mallar olmalıdır ki, o da hələ yetərli qədər yoxdur. Budəfəki devalvasiyanın mənfi təsirləri gözlənildiyindən, yəni 2015-ci ilin devalvasiyası dövründəkindən də çox ola bilər. Nəzəriyyəyə görə, devalvasiya makroiqtsdi tarazlılıq yaradır,amma Azərbaycan şəraitində makroiqtsdi tarazlılıqdan daha çox makroiqtsadi sabitliyin pozulması amili kimi özünü göstərə bilər. Devalvasiya əhalidə ödəniş qabiliyyətini aşağı salaraq güzəranına ciddi zərbə ola bilər… Xaricdən gələn malların qiyməti daha da qalxacaq… Əmək haqqlarının və digər gəlirlərin qalxmadığı şəaraitdə insanlar eyni pula daha az mal-məhsul ala biləcək. Banklarda manat hesablarından panikalaşdırılmış formada pulların çəkilməsi başlaya bilər. Bu isə əslində milli valyutanın dəyərini daha da azaldır və devalvasiyanı daha da dərinləşirə bilir”.

Əli Məsimli hesab edir ki, devalvasiya yerli məhsullarda da qiymətlərin qalxmasına stimul yaradır:

“Nəticədə ölkədə inflayasiya faizi daha yuxarı qalxar və ikirəqəmi ola bilər. Bununla yanaşı devalbasiya şəraitində kiçik və orta biznesin normal fəaliyyəti də çətinləşə və bu da koronavirus pandemiyasının törətdiyi fəadalarla paralel olaraq yüz minlərlə insanın həyat şəritinə əlavə zərbə vura bilər. Əhalinin ödəniş qabiliyyətli tələbinin aşağı düşməsi bazarın daralmasına və nəticədə daha az məhsul istehlakını gətirib çıxarar. Bu da kiçik və və orta biznesə əlavə problemlər yarada bilər. 2015-ci ilin devalvasiyasından sonra ən kəskin problemlərdən bir xarici valyutada olan borclar problemi oldu. Onun 10 nin dollara qədər olan hissəsi çözüldü, qalan məsələlər isə hələ də açıq qalır.Belə bir şəraitdə xarici valyuta ilə olan kreditlərin problemi yenidə kəskin xarakter ala bilər. Bu isə yüz minlərlə insanın güzəranına yeni zərbə deməkdir. Devalvasiyanın doğura biləcəyi fəsadların siyahısını daha da artlrmaq olar.Amma bu deyilənlər də nəticə çıxrmaqdan ötrü yetərliidr:insanların manatın devalvasiyası ilə bağlı nigarançılığını aradan qaldırmaqdan ötrü Mərkəzi Bank və digər orqanlar KİV-lərdə fəallığını artırmalı və birmənalı şəkildə əsaslandırmalıdrlar ki, Azərbaycanın hazırkı reallıqların şəraitində devalvasiya o vaxt qaçılmaq ola bilər ki,Mərkəzi Bank alternativ yol görməsin”.

O, qeyd edir ki, Azərbaycanın təhlükəsizlik yastığı yetərincə qalındır, bu ilin birinci yarının həddən artıq gərgin məqamlarının təcrübəsi göstərdi ki, mövcud valyuta ehtiyatlarının bir hissəsinin hesabına istənilən şokun qarşısını almaq və neftin qiyməti məqbul sayıla bilən həddə çatana qədər bu il də, gələn il də devalvasiyadan yayınmaq mümkündür:

“Bu problemin fundamental həlli isə koronavirus pandemiyası və onun ətrafında gedən proselərin çağırışlarına elmi əsaslarala dolğun cavab verilməsindən, islahatların dərinləşdirilməsindən, idarəetmənin və tənzimləmənin elmiliyini artırılmasından, koordinasiyasının gücləndirlməsindən, onun təşkilatı quruluşunun kadr islaharları müşayət olunmaqla köklü surətdə təkmilləşdirilməsindən, korrupsiyanın, monopoliyanın, məmur sahibkarlığının və onların döğurduğu fəsadların etibarlı şəkildə aradan qaldırılmasından, müqayisəli üstünlük nəzəriyyəsinin tələblərini nəzərə almaqla qeyri-neft sektorunun hərtərəfli inkişafının təmin edilməsindən, makiyyə-bank sisteminin əsaslı islahatından, idxal etdiyimiz mal və məhsulların heç olmasa üçdə birinin, yəni 4-5 milyard dollarlığının istehsalının ölkəmizdə təşkil etməkdən, qeyri-neft sektorunuj eksport potensialını ötənilki 1,9 milyard dollardan 4-5 milyard dollara catdırılmasından və manatın üzən məzənnə rejiminə keçməsini təmin etməkdən və s. bu kimi tədbirlərin sistemli və davamlı şəkildə həyat keçirilməsindən keçir”.

Nərgiz Mirzəyeva
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*