Əli mühərrikdə sıxılıb qalan şəxs xilas edildi – VİDEObackend

Əli mühərrikdə sıxılıb qalan şəxs xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gədəbəy rayonu, Dəyirmandağ kəndi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən KONKRET.az-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş – 1954-cü il təvəllüdlü Məmmədov Vaqif Heydər oğlu su mühərrikinin təmiri zamanı əlinin mühərrikdə sıxılıb qalması nəticəsində köməksiz vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər tərəfindən V.Məmmədovun sıxılı vəziyyətdə qalmış əlinin təhlükəsiz qaydada çıxarılması təmin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*