Hər il dekabrın 3-də bütün dünyada Beynəlxalq Əlillər Günü qeyd edilir. 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub.
Onun hədəfi – ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.
Bəs ölkəmizdə əlilliyi olan vətəndaşlar üçün hansı imkanlar yaradılır?
KONKRET.az Xəzər TV-yə istinadən bildirir ki, Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin əlillik siyası şöbəsinin əməkdaşı Fatma Əsgərovanın sözlərinə görə, əlillik təyinatına əsas verən meyarların sayı 616-ya çatdırılıb.
Bu isə ötən illlərlə müqayisədə 5 dəfəyə qədər artım deməkdir.
Bununla yanaşı işlə təmin edilən əlillik dərəcəsi olan şəxslərin bir sıra əlavə hüquqları da var.
Xəzər tv-nin hazırladığı videomaterialı təqdim edirik: