“Əliş, gedək, görək…” – Fotolarbackend

“Əliş, gedək, görək...” - Fotolar

Avqustun 21-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.

KONKRET.az-ın məlumatına görə, görüş zamanı sakinlər ölkə başçısı və birinci xanımla səmimi söhbətlər edib, birgə fotolar çəkdiriblər.

Maraqlı məqamlardan biri isə Kəlbəcərin üçaylıq sakini ilə bağlı olan dialoq olub:

Prezident İlham Əliyev: Gəlin, hamımız birlikdə şəkil çəkdirək.

Kişi sakin: Çox sağ olun, cənab Prezident. Allah Sizə ömür versin. Allah Sizi var eləsin.

Qadın sakin: Qızım gəlir, gəlsin onunla da çəkdirək?

Mehriban xanım Əliyeva: Gəlsin, əlbəttə. Balacanı da gətirib. Üçaylıq körpəsi ilə gəlib.

Qadın sakin: Birinci dəfədir Kəlbəcərə ayaq basır.

Prezident İlham Əliyev: Bəli, nə gözəl.

Mehriban xanım Əliyeva: Üç ayı oldu. Bu, Əli balamızdır?

Qadın sakin: Bəli.

Mehriban xanım Əliyeva: Əliş, gedək, görək.

Qadın sakin: Çox sağ olun, Allah sizlərə cansağlığı versin. Mehin, gəl də, istəmirdin Mehriban xanımla şəkil çəkdirmək?

Qadın sakin: Gəlirəm.

Mehriban xanım Əliyeva: Gör kimi gətirirəm? Əli balamızı.

Prezident İlham Əliyev: Gəl balaca, bir yerdə şəkil çəkdirək. Anası hansıdır?

Mehriban xanım Əliyeva: Nənə də gəlsin.

Prezident İlham Əliyev: Nənəsi haradadır?

Mehriban xanım Əliyeva: Nənə də buradadır.

Qadın sakin: Allah sizlərə cansağlığı versin.

Prezident İlham Əliyev: Adı Əlidir?

Sakin: Bəli, Əlidir.

Qadın sakin: Allah saxlasın.

Mehriban xanım Əliyeva: Allah saxlasın, böyük oğlan olsun.

Qadın sakin: Allah hamınıza cansağlığı versin.

 




















Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*