Əlişir Usmanov Britaniyanın ən varlı 7-ci adamı oldu – 14,14 milyard dolları varbackend

Əlişir Usmanov Britaniyanın ən varlı 7-ci adamı oldu - 14,14 milyard dolları var

Özbək əsilli rusiyalı iş adamı Əlişir Usmanov “Sunday Times” qəzetinin tərtib etdiyi Britaniyanın ən varlı sakinləri siyahısında bir pillə yüksəlib.

KONKRET.az xəbər verir ki, koronavirusun yayılmasından sonra ilk reytinqdə o, yeddinci pillədə qərarlaşıb. Keçən il Usmanov reytinqdə səkkizinci yerdə idi.

Nəşrin məlumatına görə, Usmanovun sərvəti 11,68 milyard funt sterlinqə (14,14 milyard dollar) çatıb. Keçən il bu göstərici 11.33 milyard funt sterlinq təşkil etmişdi ki, bu da 2019-cu illə müqayisədə 412 milyon dollar artım deməkdir.

Birinci yerdə James Dyson (Dyson avadanlıq istehsal edən şirkət), ikinci yerdə hind iş adamları Sri və Gopi Hinduya, eləcə də iş adamları David və Simon Ruben qərarlaşıblar.

Siyahının ikinci pilləsini paylaşanların hər birinin varidatının dəyəri 16 milyard funt sterlinq (19.37 milyard dollar) olaraq qiymətləndirilir. Hinduya daşınmaz əmlak, restoran işi və istehlak mallarının satışı ilə məşğuldur. Qardaşlar David və Simon, keçən əsrin 90-cı illərində Rusiyadakı alüminium bazarında bir sərvət qazandılar, indi daşınmaz əmlakla məşğul olurlar və vençur kapitalında iştirak edirlər.

“USM Holdings”in təsisçisi Əlişir Usmanov Özbəkistanın Namanqan vilayətinin Çust şəhərində prokuror ailəsində anadan olub.

1976-cı ildə SSRİ Xarici İşlər Nazirliyinin MGIMO-nu beynəlxalq hüquq ixtisası üzrə bitirib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*