Əliyev-Putin görüşü Türkiyə mediasının DİQQƏTİNDƏbackend

Əliyev-Putin görüşü Türkiyə mediasının DİQQƏTİNDƏ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfəri Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

KONKRET.az xəbər verir ki, məlumatlarda diqqətə çatdırılır ki, dövlət başçıları Vətən müharibəsindən sonra regionda yaranan yeni vəziyyət, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması, Azərbaycan-Rusiya əlaqələrinin inkişaf dinamikası, COVİD-19-a qarşı mübarizə və s. məsələlər ətrafında səmərəli müzakirələr aparıblar.

“TRT Haber”, “TRT Avaz”, “Haber Global” telekanalları, “Sabah”, “Milliyet”, “Takvim” qəzetləri və digər media qurumları tərəfindən yayılan məlumatlarda səfər barədə türkdilli ictimaiyyətə geniş məlumat verilib.

Türkiyə mediası Azərbaycan ilə Rusiya arasında cari ilin birinci yarısında əmtəə dövriyyəsinin artığını, eləcə də regiondakı yeni vəziyyətin əhəmiyyətini xatırladaraq Prezident İlham Əliyevə istinadla yazır: “Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq.”

Məlumatlar orijinal video və fotolarla təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*