Əliyev Şərqi Zəngəzura niyə gedib? – Səfərin arxasındakı üç vacib MESAJbackend

Əliyev Şərqi Zəngəzura niyə gedib? – Səfərin arxasındakı üç vacib MESAJ

“Prezidentin “Zəngəzura qayıdacağıq” açıqlamasının ardından Paşinyan bölgəyə gəldi və müharibədən sonra ilk dəfə dövlət sərhədinin Zəngilan istiqamətində təxribat hücumu edildi. Bu, Zəngəzur dəhlizinə və azərbaycanlıların tarixi torpaqlarına qayıdışına qarşı olanların hücumu idi”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında araşdırmaçı jurnalist Asif Nərimanlı səsləndirib. O bildirib ki, bu hadisələrin ardınca İlham Əliyevin Zəngilana getməsinin arxasında üç mesaj gizlənir:

1. Azərbaycan mövqeyindən geri çəkilməyib;

2. Bütün təxribatlara rəğmən, Zəngəzur dəhlizini reallaşdıracağıq;

3. Zəngilanın yerləşdiyi Şərqi Zəngəzur Qərbi Zəngəzurla birləşəcək;

Azərbaycanın son anti-terror təlimlərinin hədəfi və Putinin zəngi... » Qaynarinfo.az

Asif Nərimanlı əlavə edib ki, İlham Əliyevin “Zəngilan rayonu coğrafi baxımdan Şərqi Zəngəzur mahalında yerləşir” sözlərini də hədəflərin məhz bu torpaqlardan elan olunması kimi oxuya bilərik.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*