“Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Zaqafqaziyada sülhün bərqərar olmasında maraqlıdır”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalına müsahibəsində deyib:
“Şəxsən mən bu prosesə çox səy göstərmişəm. Mən dəfələrlə bu təşəbbüsü irəli sürən prezident Əliyev, baş nazir Paşinyanla danışmışam. Gürcüstan Qafqazda həmişə düzgün yer və rola malik olub və belə də qalır” – deyə Qaribaşvili bildirib.
Xatırladaq ki, rəsmi Tiflis dəfələrlə Bakı və İrəvan arasında danışıqlar üçün platformanın təmin olunması təklifi ilə çıxış edib.
Müşviq Tofiqoğlu
KONKRET.az