“Mən Əliyevin, Ərdoğanın, Putinin, digər liderlərin və güc mərkəzlərinin nə düşündüyünü və buna uyğun olaraq necə davrandığını başa düşürəm. Amma hələ bu günə qədər Nikol Paşinyanın necə düşündüyünü və nə istədiyini qətiyyən izah edə bilmərəm”.
KONKRET.az xəbər verir ki, bu sözləri “Aşxar” Strateji Araşdırmalar Mərkəzinin direktoru Hraçya Arzumanyan 1in.am saytına müsahibəsində deyib.
O, daha sonra vurğulayıb: “Mən Paşinyanın sözlərini necə təhlil edəcəyimi bilmirəm, çünki onun sözləri və açıqlamaları bir-birinə ziddir, heç biri bir-birinə uyğun gəlmir. Analitiklərin başa düşməsi çətindir. Nikol Paşinyan necə düşünür və hansı siyasəti yeridir, heç kimə bəlli deyil.
O, Qranadaya getdi, masa arxasına əyləşdi, bəyanatlar imzaladı və bundan sonra Brüsseldə Avropa Parlamentinin sessiyası keçirildi və orada Ermənistana açıq dəstək verən siyasi sənəd qəbul edildi. Bu sənəddə ilk dəfə olaraq göstərilir ki, Ermənistan hazırda üzvü olduğu hərbi alyansdan çıxmağa hazır olsa, Qərb Ermənistanı dəstəkləməyə hazırdır. Lakin qayıtdıqdan sonra Rusiya ilə hərbi ittifaqda qalacağını bəyan edir”.
Natiq Səlim,
KONKRET.az