Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası zamanı görüşüblər.
KONKRET.az xəbər verir ki, Türkiyə prezidenti İlham Əliyevi növbəti dəfə baba olması münasibətilə təbrik edib:
– Gözün aydın!
– Əvət.
– İkinci gəldi. Maşallah, maşallah.
– Sağ ol. Sağ ol.
– Bu da Bodrumdamı?
– Təbii. Onlar hamısı Bodrumlu…
Daha sonra Əliyev, Ərdoğan və Tokayevə çay süfrəsi ətrafına keçirlər. Ərdoğan Tokayevə işarə edərək:
– Bu heç yaşlanmır. İlham qardaşımın 9-cu nəvəsi oldu. Mənim nəvələrimin də sayı 9-dur. Gələcəyimiz sağlamdır.