“Elm və Texnologiya Parkı” ləğv olunurbackend

“Elm və Texnologiya Parkı” ləğv olunur

Azərbaycan Milli Elmlər Akademiyasına məxsus “Elm və Texnologiya Parkı” MMC ləğv olunduğunu elan edib.

KONKRET.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat dərc edib.

Məlumatda deyilir ki, kreditorlar tələbləri ilə bağlı 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 30, mənzil 109 ünvanına müraciət edə  bilərlər.

Xatırladaq ki, “Elm və Texnologiya Parkı” 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı isə 50 manatdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*