Elmar Vəliyevin həbs olunan yaxın adamından xəbər var – Vəkili danışdıbackend

Elmar Vəliyevin həbs olunan yaxın adamından xəbər var - Vəkili danışdı

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan və Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilən Məharət Mustafayevin apelyasiya şikayəti təmin edilməyib.

KONKRET.az-ın Gəncə-Qazax bürosunun verdiyi məlumata əsasən bu barədə M.Mustafayevin vəkili Eynulla Vəliyev açıqlama verib.

“Apelyasiya şikayətini məhkəmənin qərarından sonra verdik. Təəssüf ki, təmin edilmədi. Mütəmadi baş çəkirik, Məharət Mustafayevin saxlanma şəraiti ilə bağlı heç bir şikayəti yoxdur” – deyə vəkil bildirib.

Qeyd edək ki, Məharət Musatafayev Gəncə şəhərinin sabiq icra başçısı Elmar Vəliyevin ən yaxın adamlarından biri olub. M.Mustafayev Elmar Vəliyevin dönəmində Memarlıq və Şəhərsalma İdarəsinin rəisi vəzifəsində çalışıb.

Həbs olunan tək M.Mustafayev deyil. Məhkəmənin qərarı ilə Gəncə şəhərinin keçmiş baş memarı Əli Rüstəmli də həbs olunub. Hər iki şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılıb.

Cinayət maddələrində vəzifə səlahiyyətlərini aşma, rüşvət alma, rüşvət vermə və s. kimi ittihamlar yer alıb.

Kamil Məmmədov

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*