Elmlər doktoru dövlətə xəyanətdə ittiham edildi – 7.5 il həbs cəzasıbackend

Elmlər doktoru dövlətə xəyanətdə ittiham edildi – 7.5 il həbs cəzası

Rostov vilayət məhkəməsi Rusiya vətəndaşı, texnika elmləri doktoru Aleksey Temirovu dövlətə xəyanətdə ittiham edərək 7,5 il müddətinə azadlıqdan məhrum edib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı TASS məhkəmənin mətbuat xidmətinə istinadən yayıb.

Hökm çıxarılmazdan əvvəl Novoçerkassk şəhərində yaşayan Temirov Rusiya Cinayət Məcəlləsinin 275-ci maddəsi (“dövlətə xəyanətdə”) ilə günahkar hesab edilib.

O, ömrünün yeddi il altı ayını ciddi rejimdə keçirəcək.

Hökmün artıq qüvvəyə mindiyi deyilir.

Babək Göyüş

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*