Elnarə Baxış ETX-nin mətbuat katibi təyin olundubackend

Elnarə Baxış ETX-nin mətbuat katibi təyin olundu

Elnarə Baxış Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə (ETX) mətbuat katibi təyin olunub.

KONKRET.az “PostMedia”ya istinadən xəbər verir ki, Elnarə Baxış Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Ayrı-ayrı dövrlərdə müxtəlif televiziyalarda müxbir və aparıcı kimi fəaliyyət göstərib.

Son beş ildə isə o, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsində böyük məsləhətçi vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*