KONKRET.az xəbər verir ki, “Zaurla Günaydın” verilişində qonaq olan ifaçı, bədxərc olduğunu etiraf edib. Elnarə bildirib ki, həyat yoldaşı onun hər şeyə pul xərcləməsindən narazıdır və buna görə tez-tez mübahisə edirlər. “Yoldaşım mənə bədxərc olduğumu deyir. Yemək, geyim, səyahət – hər şeyə pul xərcləyirəm. Mən isə həyatı dolu-dolu yaşamağa çalışıram, çünki nə olacağını heç vaxt bilmirəm,” – deyə sənətçi qeyd edib.