Elon Mask ABŞ-ın keçmiş nazirini rus dilində söydübackend

Elon Mask ABŞ-ın keçmiş nazirini rus dilində söydü

Tanınmış amerikalı iş adamı Elon Mask Tvitterdə ABŞ-ın sabiq əmək naziri Robert Rayxı rus dilində “axmaq” adlandırıb.

KONKRET.az xəbər verir ki, Rayx Maskın Tesla şirkətinin zavodlarının birinin yerləşdiyi Alamida dairəsini məhkəməyə verdiyinə etiraz edib.

Mask karantin zamanı zavodun açılmasına icazə verilmədiyi təqdirdə istehsalını başqa bir ştata daşıyacağı ilə təhdid edib.

Məlumdur ki, bu, milyarderin rus dilində Twitter istifadəçilərini sevindirən ilk yazısı deyil.

Fakt budur ki, Fremont şəhərində Teslanın elektriklə çalışan avtomobil zavodu karantin səbəbindən istehsalını dayandırıb.  Elon Mask bu zavodun istehsalının ABŞ-ın kritik infrastrukturuna aid olduğunu sübut edə bilməyib, buna görə də zavod hələ də bağlı qalır.

Bu isə milyarderə xeyli ziyan vurub. Mask zavodun çalışmamasını qanunsuz həbs kimi qəbul edərək özünü təcridetmə tədbirlərini tənqid edir.

Bundan sonra Tesla Alamida dairəsini ABŞ Konstitusiyasının on dördüncü düzəlişini pozmaqda günahlandıraraq məhkəməyə verib.

Bu iddia Maskın “Tesla”nın baş qərargahını və zavodlarını Kaliforniyadan Texas və Nevada ştatlarına köçürməklə təhdid etdiyi bir sıra tvitlərdən sonra gəlib.

“İşçilərimizi etibarlı və məsuliyyətli bir şəkildə işə qaytarmaq niyyətindəyik” deyən Tesla işçilərin sosial məsafəni qoruyacağını və eyni zamanda müntəzəm olaraq temperatur müayinəsindən keçəcəyini bildirib.

“Bununla birlikdə, dairə rəhbərliyinin mövqeyi bizi işçilərimizin iş yerlərinə qayıtması üçün məhkəməyə getməkdən başqa bir seçim qoymadı”. Sənəddə belə deyilir.

ABŞ-ın keçmiş əmək naziri Robert Rayx “Twitter”də Maskın mövqeyini tənqid edib:

“Elon Maska insanların sağlamlığına təhlükə yaratmağa icazə vermirlər, bu səbəbdən onları işdən məhrum etməklə hədələyir. Kapitalizm ən pis vəziyyətdədir”.

“Tesla”nın sahibi Rayxın dediklərinə reaksiya verərək onu rus dilində “axmaq” adlandırıb.

Növbəti tvitində Mask üzr istəyib və ona “cansıxıcı axmaq” sözlərini yazıb.

Milyarderin “Tvitter”də rus dilində yazması təsadüfi deyil, çünki onun sevgilisi və altıncı uşağının anası müğənni Grimes nənəsi ukraynalı olduğundan uşaqlıqdan rusca səlis danışır.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*