Elon Mask narotik vasitə qəbul etdiyini ETİRAF ETDİbackend

Elon Mask narotik vasitə qəbul etdiyini ETİRAF ETDİ

X sosial şəbəkəsinin (keçmiş Twitter) sahibi, milyarder Elon Mask depressiyanın öhdəsindən gəlmək üçün ketamin qəbul edir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, biznesmen bu etirafı CNN-in keçmiş aparıcısı Don Lemona bir saatlıq müsahibəsində edib.

Onun sözlərinə görə, depressiya yaşayır və onların öhdəsindən gəlmək üçün ki həftədə bir dəfə resept üzrə ketamin qəbul edir.

Biznesmen narkotikdən sui-istifadə etmədiyini vurğulayıb: “Ketamindən çox qəbul etsəniz, işinizi görmək mümkün olmayacaq. İşim çoxdur”.

Qeyd edək ki, bir sıra ölkələrdə ketamin narkotik vasitələrin və psixotrop maddələrin siyahısına daxildir. Qərb həkimləri və müvafiq qurumlar “Dostlar” serialında Çandler rolunu oynayan aktyor Metyu Perrinin ölümündən sonra lazımi nəzarət olmadan ketaminin tibbi məqsədlər üçün istifadəsinin riskləri barədə xəbərdarlıq ediblər. Perri 2023-cü il oktyabrın 29-da evində ölü tapıldı və ölümün səbəbi “kəskin ketaminə məruz qalma” ilə izah edildi.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*