Elon Musk yeni doğulmuş körpəsini göstərdi – FOTObackend

Elon Musk yeni doğulmuş körpəsini göstərdi - FOTO

Sahibkar Elon Musk yeni doğulmuş körpəsinin fotosunu göstərib.

KONKRET.az xəbər verir ki, bu görüntü milyarderin rəsmi Twitter səhifəsində görünüb.

Fotolarda Musk uşaq bezinə bükülmüş yeni doğulmuş bir uşağı qucağında saxlayır. Uşağa papaq da qoyublar.

İş adamı körpəni böyük planda və fotoredaktorun köməyindən istifadə edərək fərqli rəsmlərlə “bəzəyərək” göstərib.

Muskun pərəstişkarları onu təbrik edərək cütlüyün uşağa nə ad verdiyini soruşublar. İxtiraçı belə cavab verib: “X Æ A-12 Musk.”

İstifadəçilər Muskın zarafat edib-etmədiyini başa düşə bilməyiblər.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*