Elton Con xəstəxanadan buraxıldı – YENİLƏNİBbackend

Elton Con xəstəxanadan buraxıldı - YENİLƏNİB

76 yaşlı britaniyalı müğənni Elton Con həkimlər tərəfindən müayinə olunduqdan sonra xəstəxanadan buraxılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Billboard qəzetinə musiqiçinin köməkçisi məlumat verib.

O bildirib ki, müğənni həkimlər tərəfindən müayinə olunduqdan sonra dərhal evə buraxılıb və hazırda sağlamlığı yaxşıdır.

15:42

Britaniyalı müğənni Elton Con Nitsadakı evində yıxılıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi aldığı xəsarətlərdən sonra Monakodakı xəstəxanalardan birinə yerləşdirilib.

Qeyd edək ki, 76 yaşlı musiqiçi iyunun sonunda son çıxışını edib.

“Rolling Stone” jurnalının məlumatına görə, Elton Con ən böyük ifaçılar siyahısında 49-cu yerdədir. Belə ki, onun mükafatları arasında beş “Qremmi”, iki “Oskar”, iki “Qızıl Qlobus” var. 1994-cü ildə musiqiçi “Rock and Roll” Şöhrət Zalına daxil edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*