Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə Azərbaycana deportasiya olunmuş Elvin İsayevin guya hüquqlarının pozulması, o cümlədən, istintaq zamanı təzyiqlərlə üzləşəcəyi barədə paylaşımlar edilərək, onun hüquqlarının müdafiəsi məqsədi ilə sosial şəbəkələrdə qruplar yaradılması barədə çağırışlar yayılıb.
KONKRET.AZ xəbər verir ki. tutulmasının siyasiləşdirilməsinin əleyhinə olan Elvin İsayev baş verənlərlə əlaqədar vəkili Gülarə İlyasova vasitəsilə ictimaiyyət nümayəndələrinə müraciət ünvanlayıb.
E.İsayevin vəkili vasitəsilə Trend-ə göndərdiyi müraciətində etdiyi cinayətlərə görə tutulduğunu, hüquqlarının vəkili tərəfindən müdafiə olunduğunu və ona hər hansı təzyiqin edilmədiyini, törətdiyi əməllərin siyasiləşdirilməsinin əleyhinə olduğunu vurğulayıb.
Elvin İsayevin redaksiyamıza ünvanladığı müraciətinin şəklini və mətnini təqdim edirik:
“Hamıya deyirəm ki, mən Rusiyada elədiklərimin cinayət olduğunu anlamışam. Elə buna görə də tutulmuşam. Mənim özümün vəkili var. Vəkilim məni lazımi qədər müdafiə eləyir. Özüm də özümü müdafiə eləyirəm. Öz elədiklərimə özüm cavab verərəm. Mənə qarşı qanunsuz hərəkətlər və ya təzyiqlər olmayıb. Mənə heç nəyi məcbur eləyən və incidən yoxdur. Hamıya müraciət edirəm ki, mənim işimə heç kim qarışmasın. Heç kim mənim adımdan danışmasın, mənim işimi, mənim əməlimi siyasiləşdirməsin.
Xahiş edirəm, bu müraciətim hamıya çatdırılsın. Müraciətimi vəkilim Gülarə İlyasovanın vasitəsiylə yayıram”.