Elxan Səmədovla Aslan Şahgəldiyev Türkiyəyə aparılırbackend

Elxan Səmədovla Aslan Şahgəldiyev Türkiyəyə aparılır

Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşüblər.

KONKRET.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzada ağır xəsarətlər alan Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev Türkiyəyə aparılır.

PFL rəsmilərinin qardaş ölkədə əməliyyat ediləcəyi gözlənilir.

Qeyd edək ki, qəzaya düşənlər arasında, həmçinin PFL əməkdaşları – Sənan Abdullayev, Rasim Qafarlı, Elgiz Abbasov, Zaur Hacıməhərrəmov da var. Onların müalicəsi Bakıdakı özəl xəstəxanalardan birində aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*