Elza 18+ şeirdən danışdı: “Məhkəməyə verəcəm”backend

Elza 18+ şeirdən danışdı: “Məhkəməyə verəcəm”

Ötən gün sosial şəbəkələrdə vulqar ifadələrlə zəngin olan şeir paylaşılıb. Paylaşım edənlər şeirin müəllifi kimi bu günlərdə Azərbaycan Yazıçılar Birliyinə üzv olan bəstəkar-müğənni Elza Seyidcahanı təqdim edib.

KONKRET.az xəbər verir ki, müğənni Qaynarinfo-ya açıqlamasında bu iddianı təkzib edib.

“Elza heç bir vaxt belə şeir yaza bilməz. Onu yazanı məhkəməyə verəcəm. Qoy həmin adam gəlib məhkəmədə, qanun qarşısında cavab versin. Bütün jurnalistlərə səslənirəm, adımdan bu şeiri yazan adamın tapılmasına yardımçı olun”, deyə Elza Seyidcahan bildirib.

Qeyd edək ki, Elza Seyidcahanın adıçəkilən şeiri Dövlət Gömrük Komitəsinə həsr etdiyi iddia olunub.

  • Mir Əli
    İyul 21, 2023 - 11:53

    İtələşin, çırpışın deyən adamdan belə şeir gözləmək ağılasığmazdır bunu Elza yazmaz nə danışırsınız?!

  • Vüqar
    İyul 21, 2023 - 15:24

    Kül Yazıçılar Birliyinin rəhbərliiyinin başına.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*