Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Qanununda dəyişiklik edilməsi barədə Qanun imzalayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Dəyişikliklə əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manata çatdırılır.
Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.