Əmək pensiyası alanlara VACİB XƏBƏR: Tələb olunan 25 illik sığorta stajı…backend

Əmək pensiyası alanlara VACİB XƏBƏR: Tələb olunan 25 illik sığorta stajı...

“Əmək pensiyası almaq üçün tələb olunan minimum 25 il sığorta stajı tələbi bəzi ölkələrdə ləğv edilsə də, Azərbaycanın mövcud sosial-iqtisadi reallıqlarında bu tələbin saxlanılması daha məqsədəuyğun hesab olunur”.

Bu fikirləri iqtisadçı Rəşad Həsənov KONKRET.az-a açıqlamasında bildirib. O, qeyd edib ki, dünyada müxtəlif pensiya sistemləri mövcuddur və yığım əsaslı modellərdə bəzi hallarda staj tələbi tətbiq edilmir. Lakin bu yanaşma Azərbaycana uyğun deyil:

Pakistan Füzuliyə uçuşlar təşkil edə bilər” – Rəşad Həsənov

“Yığım əsaslı sistemlərdə daha çox kapital toplamağa üstünlük verilir. Bu zaman gəlirlərin ölçülməsi əsas meyara çevrilir. Amma Azərbaycan kimi ölkələrdə əhalinin əhəmiyyətli hissəsi aşağı gəlirlə çalışır. Bu şəxslərin pensiya kapitalı toplamaq imkanı olmaya bilər, lakin uzun müddət çalışıblar. Belə şəxslərin staj tələbi ləğv olunsa, onlar sistemdən kənarda qalacaqlar.”

Ekspertin fikrincə, hazırkı pensiya sistemində iki əsas meyar mövcuddur: biri sığorta stajı (müddət), digəri isə pensiya kapitalı (gəlir). Staj meyarı insanın əmək fəaliyyətinə görə dövlətin onun zəhmətini tanımasını ifadə edir. Kapital tələbi isə onun gəlirlərini ölçür və pensiya məbləğinin formalaşmasına təsir göstərir. Odur ki, sığorta stajı tələbinin ləğvi ciddi sosial risklər yarada bilər”

“Hazırda Azərbaycanda pensiya hüququ əldə edənlərin əhəmiyyətli hissəsi məhz sığorta stajı sayəsində bu hüquqa malikdir. Əgər bu tələb ləğv olunarsa, bu şəxslərin ahıllıq dövründə sosial müdafiəsiz qalması riski yaranacaq. Kənd təsərrüfatı və digər aşağı gəlirli sahələrdə çalışanlar ümumiyyətlə pensiya ala bilməyəcəklər.”

Ekspert həmçinin vurğulayıb ki, bu məsələ dünyagörüşü ilə deyil, real iqtisadi və sosial şərtlərlə bağlıdır. Onun sözlərinə görə, sığorta stajı tələbi həm vətəndaşın cəmiyyətə verdiyi töhfənin tanınması, həm də sosial müdafiənin qorunması baxımından ən optimal mexanizmdir.

“Bu tələb ləğv edilsə, hər 3 nəfərdən biri gələcəkdə pensiya hüququndan məhrum olacaq. Bu isə ölkənin sosial müdafiə sisteminə ciddi təzyiq yaradacaq və uzunmüddətli risklərə səbəb ola bilər”, – deyə iqtisadçı qeyd edib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*