Əməkdar artist ağır xəstəlikdən əziyyət çəkirbackend

Əməkdar artist ağır xəstəlikdən əziyyət çəkir

Tanınmış teatr və kino aktrisası, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının əməkdaşı, Əməkdar Artist Mələk Abaszadə artıq üçüncü aydır ki, differensiallaşmamış birləşdirici toxuma xəstəliyindən əziyyət çəkir.

KONKRET.az xəbər verir ki, bu barədə Teatrın mətbuat xidmətindən “Trend”ə məlumat verilib.

Hal-hazırda xəstəlik sürətli kəskin inkişaf fazasına qədəm qoyub. Yekun diaqnoz və müvafiq müalicəni dəqiqləşdirmək üçün təcili təkrar müayinəyə ehtiyac yaranıb.

Aktrisa bir ay əvvəl İstanbuldakı Cons Hopkins adına Anadolu xəstəxanasında müayinə olunub. İlkin diaqnoz limfadenit olsa da, o, biopsiyadan sonra təsdiqlənməyib.

Hazırda aktrisanın vəziyyəti orta ağırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*