Uzun illərdir gözlərdən itən rejissor Cavidan Şərifov üzə çıxıb.
KONKRET.az xəbər verir ki, Cavidanla bağlı paylaşımı aparıcı Hüsniyyə Məhərrəmli sosial şəbəkə hesabında edib.
Şərifovun ötən illərdən fərqli olaraq kilo alması və əhvalının yaxşı olması diqqətdən yayınmayıb.
Hüsniyyə paylaşımında bildirib ki, Cavidan subaydır.
Qeyd edək ki, Cavidan Şərifov uzun illər “İctimai” televiziyada rejissor vəzifəsində çalışıb. Şərifov illər əvvəl ATV kanalında yayımlanan “Qəfəs” realiti-şousunun iştirakçısı olub. Cavidan 2012-ci ilin sentyabrında Əməkdar artist Səbinə Babayeva ilə ailə qurub. Cütlüyün 2016-ci ildə Əli adlı oğlu dünyaya gəlib. Onlar 4 il əvvəl boşanıb./OLAY