Azərbaycan və rus dillərində dəyərli şeir kitablarının müəllifi, klassik və müasir ədəbiyyatımızın rus dilinə çevrilməsində və təbliqində böyük xidmətləri olan Səyavuş Məmmədzadə bu gün dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı feysbukda paylaşım edib.
Səyavuş Məmmədzadə 2 oktyabr 1935-ci ildə anadan olub.
Yaradıcılığının ilk illərində “Molodyoj Azerbaydjana” qəzetində mütərcim, sonralar ədəbi işçi kimi işləyib.
Azərbaycan klassik və müasir ədəbiyyatından rus dilinə, eləcə də rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə etdiyi tərcümələri dövri mətbuatda çap edilib.
2003-cü ildə Əməkdar İncəsənət Xadimi adına layiq görülüb.
Allah rəhmət eləsin!