“Ukrayna bir il yarımdır, Rusiyanın aerodromlarına hücuma hazırlaşırdı”.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Obshchestvennoe” nəşri Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
“Əməliyyata Ukrayna Prezidenti Volodimir Zelenski nəzarət edib. Onun həyata keçirilməsini Ukrayna Təhlükəsizlik Xidmətinin sədri Vasili Malyuk və agentliyin əməkdaşları reallaşdırıb”, – deyə bildirilib.
Qeyd edək ki, bu gün Ukrayna ordusu Rusiyanın strateji bombardmançılarının yerləşdiyi aerodromlara PUA-larla hücumlar edib.