Emin Ağalarov: “Dərin kədəri çatdıra biləcək söz yoxdur”backend

Emin Ağalarov: "Dərin kədəri çatdıra biləcək söz yoxdur"

KONKRET.az xəbər verir ki, tanınmış biznesmen, Azərbaycanın xalq artisti, “Crocus Group”un sahibinin oğlu Emin Ağalarov “Crocus City Hall”da baş vermis terror aktı ilə bağlı başsağlığı verib.

“Crokus City Hall”da baş vermiş dəhşətli hadisələrlə əlaqədar həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Hər kəs üçün dəhşətli faciə olan bu terakt şəxsən mənə və ailəmə toxunub. Dərin kədəri çatdıra biləcək söz yoxdur”, – o, “İnstaqram” səhifəsində yazıb.

Qeyd edək ki, faciədən xəbər tutan kimi həm Emin, həm də onun atası, “Crocus Group”un sahibi Araz Ağalarov hadisə yerinə gəliblər.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*