Qrant maxinasiyalarına görə Azərbaycandan qaçan Emin Hüseynov Azərbaycan Ordusunu AŞPA-ya şikayət edib.
KONKRET.az xəbər verir ki, bu barədə millət vəkili Kamal Cəfərov “Facebook” hesabında yazıb.
“Həmkarım Erkin müəllimlə (Erkin Qədirli) AŞPA-nın Hüquq Komitəsinin Paris şəhərində keçirilən iclasında iştirak etdik. İclasda Emin Hüseynovun təşkilatçılığı ilə Azərbaycan Ordusunun nüfuzdan salınması ilə bağlı hazırlanmış və bir sıra Avropa deputatı tərəfindən imzalanan qətnamə təşəbbüsü keçmədi. Komitə üzvlərindən heç kim məruzəçi olmaq istəmədi. Komitə bu məsələyə baxmayacaq, baxsa, yalnız Büro baxa bilər.
Eyni zamanda qətnamə təşəbbüsünə imza atan deputatlarla bağlı AŞPA-nın İntizam Komissiyasına müraciət ünvanladım”, – deputat vurğulayıb.