Emin Rusiyadakı konsertini ləğv etdibackend

Emin Rusiyadakı konsertini ləğv etdi

Xalq artisti Emin Ağalarovun Rusyada planlaşdırılan konserti təxirə salınıb.

KONKRET.az Axşam.az-a istinadla xəbər verir ki, müğənni iyulun 6-da Svetloqorsk şəhərində konsert verməli idi.

Emin məlumat yayaraq konsertin olmayacağını bildirib. O, yeni tarix kimi 2026-cı il iyulun 6-nı göstərib.

Əlavə olunub ki, konsertə alınan biletlər yeni tarixdə keçərli olacaq və ya istəyən onu geri qaytara bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*