Əmirlik banklarda rusların hesablarını bağlayırbackend

Əmirlik banklarda rusların hesablarını bağlayır

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) iri banklar ikinci dərəcəli sanksiyalar riski səbəbindən Rusiya ilə hesablaşmaları məhdudlaşdırmağa, şirkətlər və fiziki şəxslərin hesablarını bağlamağa başlayıblar.

KONKRET.az xəbər verir ki, bu barədə “Vedomosti”yə BƏƏ-də çalışan üç iş adamı və “Biznes Rusiya” assosiasiyasının nümayəndəsi məlumat verib.

Hazırda BƏƏ bankları Rusiyadan pul qəbul etmir və əks istiqamətdə ödənişlər həyata keçirmir. Üstəlik, Rusiya vətəndaşı olan şirkətlərin hesabları bağlanmaqda davam edir.

BƏƏ-də ofisləri olan üç iş adamı bu məlumatı təsdiqləyib. “Vedomosti”nin həmsöhbətləri qeyd ediblər ki, çətinliklər 2023-cü ilin dekabrında ikinci dərəcəli sanksiyalarla bağlı Amerika qanununun qəbulundan xeyli əvvəl başlayıb. Bundan sonra Türkiyə və Çin kimi ölkələr Rusiyadan olan müştərilərlə bağlı siyasətlərini kəskin şəkildə dəyişib. İş adamlarından biri deyib ki, ikinci dərəcəli banklar o vaxt Rusiyadan gələn şirkətlərə və fiziki şəxslərə daha yaxşı davranırdılar. Lakin müştərilər əlavə xidmətlər üçün pul ödəməli və ya hesab balansını artırmalı idilər.

Ən böyük banklarda hesab açmaq demək olar ki, mümkünsüz hala gəlib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*