Əmisini öldürdü: ölkədən qaçmaq istəyərkən tutuldubackend

Əmisini öldürdü: ölkədən qaçmaq istəyərkən tutuldu

Lənkəranda cinayət əməli törətməkdə şübhəli bilinən şəxs ölkəni tərk etmək istəyərkən saxlanılıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, Lənkəran rayonunun Vilvan kəndində cinayət əməlini törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Elşən Hüseynzadə ölkəni tərk etməyə cəhd edərkən polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

O, 1957-ci il təvəllüdlü Vəliağa Mirzağa oğlu Səbziyevi öldürməkdə şübhəli bilinir.

Qeyd edək ki, Vəliağa Səbziyevin Elşən Hüseynzadənin əmisi olduğu bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*