Emoməli Rəhmon Vladimir Putinə zəng etdibackend

Emoməli Rəhmon Vladimir Putinə zəng etdi

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Bu gün Tacikistan Prezidenti Emoməli Rəhmon Rusiya Prezidenti Vladimir Putin ilə telefonla danışıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda məlumatı Tacikistan Prezidentinin mətbuat xidməti yayıb.

Mənbə bildirir ki, söhbət zamanı respublika başçısı Vladimir Putini konstitusiya dəyişiklikləri ilə bağlı səsvermənin uğurla başa çatması münasibətilə təbrik edib.

Konstitusiya dəyişikliklərinin Rusiyanın bütün vətəndaşlarının maraqlarına xidmət edəcəyini vurğulayıb. Bu çərçivədə Tacikistan Prezidenti dost Rusiya xalqına sülh, firavanlıq və daha da çiçəklənmə arzulayıb.

İki ölkə prezidentləri qlobal və regional gündəmin seçilmiş aktual problemləri barədə də fikir mübadiləsi aparıblar.

                            

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*