Dünyada insanların öz bədənlərinə qarşı etdiyi ən böyük haqsızlıq ac olmaya-olmaya qida qəbul etməkdir.
KONKRET.az Medicina.az-a istinadən xəbər verir ki, bu sözləri həkim diyetoloq Fuad Məcidov bildirib.
“Dünyanın geridə qalmış, axmaq hərəkətini gündə 3 dəfə yemək yeyənlər edir. Mən səhər yeməyi yemişəm, günorta heç nə yemirəm, çünki ac deyiləm, istəmirəm.
Qulağınızda sırğa edin, ac deyilsənsə, bədən siqnal vermirsənsə, yemək yemə. Gündə 2 dəfə yemək, hətta bir dəfə yemək lazımdır. Həm sağlam, təravətli olacaq, bütün bədənin bayram edəcək. Onurğandan tutmuş saçına kimi hər şey sağlam olacaq. Həkimləri gəzmək istəmirsizsə, gündə 1 dəfə yeyin”, – F.Məcidov qeyd edib.