Ən çox bahalaşma bu rayondadırbackend

Ən çox bahalaşma bu rayondadır

Azərbaycanda bu ilin noyabr ayında məhsul və xidmətlərin ən çox yüksəldiyi iqtisadi rayonlar məlum olub.

Bu barədə KONKRET.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Belə ki, cari ilin noyabrında qida məhsulları, içkilər və tütün məmulatları üzrə ən çox bahalaşma Gəncə-Daşkəsən iqtisadi rayonunda (əvvəlki ilin eyni dövrünə nisbətən 1,9% çox), qeyri-qida məhsulları üzrə isə Bakı şəhərində (əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6% çox) qeydə alınıb.

Sözügedən dövr ərzində qida məhsulları, içkilər və tütün məmulatları üzrə ən az bahalaşma Naxçıvan Muxtar Respublikasında (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5% çox), qeyri-qida məhsulları üzrə isə Abşeron – Xızı iqtisadi rayonunda (ötən ilin eyni dövrünə nisbətən 0,7% az) olub.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 102,0 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 101,0 faiz, qeyri-qida malları üzrə 101,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 103,8 faiz təşkil edib.

Azərbaycanın iqtisadi rayonları üzrə 2024-cü ilin noyabr ayında istehlak qiymətləri indeksləri (əvvəlki aya nisbətən, faizlə) təqdim edirik:/trend

Cəmi məhsullar və xidmətlər Qida məhsulları, içkilər və tütün məmulatları Qeyri-qida məhsulları Xidmətlər
Bakı şəhəri 101,3 101,2 101,6 101,1
Naxçıvan Muxtar Respublikası 100,3 100,5 100,3 100,0
Abşeron-Xızı 100,5 101,8 99,3 100,1
Dağlıq Şirvan 100,7 101,3 100,2 100,2
Gəncə-Daşkəsən 100,8 101,9 100,3 99,7
Qarabağ 100,9 101,7 100,3 100,3
Qazax-Tovuz 100,9 101,5 100,2 100,5
Quba-Xaçmaz 100,8 101,7 100,2 100,1
Lənkəran-Astara 100,8 101,5 100,1 100,3
Mərkəzi Aran 100,7 101,4 100,1 100,4
Mil-Muğan 100,6 101,4 99,8 100,4
Şəki-Zaqatala 100,7 101,7 99,9 100,1
Şərqi Zəngəzur
Şirvan-Salyan 100,5 100,9 100,0 100,3

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*